Əməyin Mühafizəsi
Mövzumuz əməyin mühafizəsi və texniki təhlükəsizlik haqqındadır. My Expert MMC komandası olaraq bu sahədə professisonal fəaliyyətimizi və günümüzün reallığını nəzərə alıb əməyin mühafizəsi sahəsində maarifləndirici məqalələrə başlamaq qərarna gəldik. Statistik məlumatlara əsasən hər il dünyada 2.3 milyon kişi və qadın iş yerlərində bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində həlak olurlar. Azərbaycanda statistikaya görə pis əmək şəraiti səbəbilə istehsalatda hər ilorta hesabla 200 şəxs müxtəlif dərəcəli xəsarətlər alırlar və bunlardan 90 hadisə ölümlə nəticələnir. Qeyd etdikləmiz əməyin mühafisəzi mövzusunun aktuallığını təsdiq edir. Eyni zamanda Əməyin Mühafizəsi tələblərinə riayət edilməməsi sahibkarlar üçün də pis nəticələrə gətirib çıxarır. Əməyin Mühafizəsi tələblərinin pozulması işlərin dayanmasına, sanksiyaların tətbiq olunmasına,işçilərə kompensasiya ödənilməsnə, müəssisənin imicin itirlməsinə və digər iqtisadi itkilərə səbəb olur. Aydın faktdır ki,təhlükəsiz əmək və işçinin sosial təminata inamı müəssisənin iqtisadi inkişafında əhəmiyyətli rol oynayır. Əməyin Mühafizəsi sahəsində qanunvericilik iki tərəfli həm işəgötürən həm də işçilər üçün hüquq və vəzifələr müəyyən edir. Təkcə yerli qanunvericiliyin tələblərinə riayət etmək kifayət etmir, eyni zamanda beynəlxalq təcrübədən də faydalanmaq lazımdır. Yerli və beynəlxalq tələblər Əməyin Mühafizəsi üçün bir çox idarəetmə sistemləri və standartlar müəyyən edir. My Expert MMC müəssisələrdə Əməyin Mühafizəsi sahəsində bu tələblərin tətbiqini icra edir.