Bu təlim İnsan resursları sahəsində yenicə işə başlayanlar, heç bir təcrübəsi olmayıb, lakin HR sahəsində karyera qurmaq istəyənlər, şirkətlərə İnsan Resursları üzrə təcrübə proqramına baş vurmaq istəyən tələbələr və magistrlər üçün nəzərdə tutulub. Sıxıcı nəzəriyyədən uzaq, öyrədilən bilikləri praktik çalışmalarla möhkəmləndirmək üzərində qurulmuş dərslərimizdə iştirak etməklə siz HR sahəsinə fundamental bacarıqlara yiyələnəcək, HR assistent kimi formalaşacaqsınız.
Modul 1
- İşə qəbulla bağlı sənədləşmə. Hansı sənədlər və niyə tələb edilir?
- Əmək müqaviləsi necə bağlanır (müqavilə necə olmalı, kimlər müqavilə bağlaya bilər)
- Əmək müqaviləsininin müddəti. Müddəti uzadılması və ya bundan imtina edilməsi
- Sınaq müddəti nədir, necə və kimlərə verilir.
- Sınağı keçmədikdə sənədləşdirmə: praktik oyunlar
- Əmək şəraitinin şərtləri. Əsas və əlavə şərtlər
- Əvəzçilik qaydasında iş
- İş və istirahət vaxtı
- İş vaxtının uçotu
- Əmək müqaviləsinin ləğvi (xitamı) və bu zaman sənədləşmə necə aparılır
Modul 2
- İşçilərin məzuniyyət hüququ
- Məzuniyyətin növləri
- Əsas və əlavə əmək məzuniyyətinin müddəti
- Məzuniyyət qrafiki
- Əmək məzuniyyətinin verilməsi və sənədləşdirilməsi qaydası
- Praktik çalışmalarla müxtəlif məzuniyyət situasiyalarının araşdırılması
Modul 3
- Əmr, sərəncam, protokol, akt, arayış necə yazılır
- Əmək kitabçalarının yazılması və uçotunun aparılması
- Ərizələrin yazılması və uçotunun aparılması
- Müqavilənin uçotu
- Hesabatların hazırlanması və tərtib edilməsi
- Elektron portalda icra edilən işlərin praktik şəkildə öyrədilməsi
Təlimçi:
Təlim ümumi olaraq 16 saat təşkil edir.
Kursun proqramının 80% -də iştirak edənlərə iştirakçı sertifikatı verilir.
İmtahanı uğurla başa vuranlara "Müvəffəqiyyət" sertifikatı verilir.
Əlavə məlumat üçün bizimlə əlaqə saxlaya bilərsiniz:
Tel/WhatsApp: +994 50 285 41 41
E-poçt: info@myexpert.az
MY EXPERT - Təcrübə, Etibarlılıq, Nəticələr