Background

Yaşayış icazəsi (Azərbaycan)

Azərbaycanda Yaşamaq İcazəsi: Yeni imkanlar kəşf edin və rezident olun

Azərbaycanda yaşamaq icazəsi (MYİ) alma prosesi bir neçə mərhələdən ibarətdir. Aşağıda əsas addımlar və MYİ əldə etmə əsasları barədə sistemləşdirilmiş məlumat təqdim olunur.

1. Zəruri sənədlərin toplanması
MYİ üçün müraciət etməzdən əvvəl qanunvericiliklə nəzərdə tutulmuş sənədlər hazırlanmalıdır. Bu sənədlərə aşağıdakılar daxil ola bilər:

• Etibarlı viza ilə pasport.
• Tibbi arayış.
• Məhkumluq barədə arayış.
• Müəyyən edilmiş ölçüdə fotoşəkillər.
• Maliyyə imkanlarını təsdiqləyən sənədlər.
• Əsasdan asılı olaraq tələb olunan digər sənədlər.

2. Müraciətin təqdim edilməsi

Yaşamaq icazəsi üçün müraciət Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə və ya ölkə xaricindəki Azərbaycan səfirliyi və konsulluqlarına təqdim olunur.
Müraciət etməzdən əvvəl rəsmi internet səhifədə qaydalarla tanış olmaq və ya konsulluqla əlaqə saxlamaq tövsiyə edilir.

3. Müraciətin araşdırılması

Sənədlər qəbul edildikdən sonra müraciət müvafiq dövlət orqanları tərəfindən araşdırılır. Zəruri hallarda:

• Əlavə sənədlər tələb oluna bilər.
• Müsahibə mərhələsi tətbiq edilə bilər.

4. Dövlət rüsumlarının ödənilməsi

MYİ-nin rəsmiləşdirilməsi zamanı qanunvericiliklə müəyyən olunmuş dövlət rüsumlarının ödənilməsi tələb olunur.
Tariflər və ödəmə müddətləri ilə rəsmi mənbələr vasitəsilə tanış olmaq vacibdir.

5. Qərarın bildirilmesi

Müraciət araşdırıldıqdan sonra nəticə barədə sizə rəsmi bildiriş təqdim olunur.
Müsbət qərar verildiyi halda sizə Azərbaycanda müəyyən müddət üçün yaşamaq icazəsi təqdim edilir.

Azərbaycanda MYİ əldə etmək üçün əsaslar

Yaşamaq icazəsi aşağıdakı hallarda verilə bilər:

1. Yaxın qohumluq əlaqəsi olan Azərbaycan vətəndaşı ilə ailə birliyi.
2. 500 000 manat və daha çox məbləğdə investisiya qoyuluşu.
3. Azərbaycanda 100 000 manat və daha çox dəyərində daşınmaz əmlak sahibi olmaq.
4. Azərbaycan banklarında 100 000 manat və daha çox məbləğdə müddətli depozit yerləşdirmək.
5. Müxtəlif sahələr üzrə yüksək ixtisaslı mütəxəssis olmaq.
6. Azərbaycan Prezidenti tərəfindən təsdiqlənmiş kateqoriyalar üzrə dəvət olunmuş mütəxəssis olmaq.
7. Azərbaycanda yaşayan əcnəbinin ailə üzvü olmaq.
8. Azərbaycanda fəaliyyət göstərən xarici hüquqi şəxsin filial və ya nümayəndəliyində rəhbər vəzifə tutmaq.
9. Azərbaycanda təsis edilmiş və təsisçilərindən biri xarici şəxs olan şirkətdə rəhbər vəzifə tutmaq.
10. Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və aşağıdakı şərtlərə əməl etmək:

• Ən azı 5 nəfəri tam ştat,
• Və ya ən azı 10 nəfəri yarım ştat əsasında işə cəlb etmək,
• İşçilərin minimum 80%-nin Azərbaycan vətəndaşı olması.

Azərbaycanda MYİ-nin hazır olub-olmadığını necə yoxlamaq olar?

MYİ-nin statusunu aşağıdakı üsullarla öyrənmək mümkündür:

1. Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı Mərkəzinə zəng etmək.
2. Sənədləri təqdim etdiyiniz ASAN xidmət mərkəzinə şəxsən müraciət etmək.
3. Dövlət Miqrasiya Xidmətinin onlayn xidməti vasitəsilə aşağıdakı keçiddən istifadə etmək:
https://eservice.migration.gov.az/public/application-track



Əlavə məlumat üçün bizimlə əlaqə saxlaya bilərsiniz:

Tel/WhatsApp:
E-poçt:


MY EXPERT - Təcrübə, Etibarlılıq, Nəticələr


Paylaşın: