Qlobal Konsaltinq Bazarına ümumi baxış

Qlobal Konsaltinq Bazarına ümumi baxış

Qlobal Konsaltinq Bazarına ümumi baxış Son illərdə qlobal məsləhət bazarının artım templəri inkişaf etmiş və inkişaf etməkdə olan iqtisadiyyatlarda fərqli olmasına baxmayaraq, onun sərhədləri ilbəil artmışdır. Qlobal konsaltinq bazarı ölçü, miqyas və beynəlxalq səviyyə baxımından böyüməsi ilə yanaşı, həm də bir çox çətin dövrlər vasitəsilə inkişaf edərək, bu gün peşəkar xidmətlər sektorunda daha inkişaf etmiş seqmentlərdən birinə çevrilmişdir.

Son illərdə qlobal məsləhət bazarının artım templəri inkişaf etmiş və inkişaf etməkdə olan iqtisadiyyatlarda fərqli olmasına baxmayaraq, onun sərhədləri ilbəil artmışdır. Qlobal konsaltinq bazarı ölçü, miqyas və beynəlxalq səviyyə baxımından böyüməsi ilə yanaşı, həm də bir çox çətin dövrlər vasitəsilə inkişaf edərək, bu gün peşəkar xidmətlər sektorunda daha inkişaf etmiş seqmentlərdən birinə çevrilmişdir.

Son beş ildə aparılmış analizlər konsaltinq sənayesinin inkişafının qlobal iqtisadiyyatdakı inkişaflarla yaxından əlaqəli olduğunu göstərir. Belə ki, iqtisadi şəraitin inkişaf dövründə təşkilatların (şirkətlərin) gəlirləri və büdcələri yüksəlir, bu isə məsləhət xidmətləri üçün daha çox büdcələrin ayrılmasına səbəb olan bir mühitdir. Əksinə, iqtisadi tənəzzül əsasən müəssisələrin xərcləmə davranışlarını məhdudlaşdırır və büdcə kəsintiləri digər işlər (layihələr) ilə yanaşı məsləhət xidmətlərinin satınalınmasında da özünü biruzə verir.

Nisbətən yetkin bazar vəziyyətinə baxmayaraq, konsaltinq sənayesini əhatə edən xidmətlərin geniş çeşidi (sənaye sahələri, funksional sahələr, nəzərdən keçirilən bazar və ya regionlar arasındakı fərqlər və s.) bazarın necə müəyyənləşdirilməsi barədə dəqiq bir konsensus (ortaq bir fikrin) olmadığını göstərir. Təmsilçi qurumların (məsələn, Böyük Britaniyadakı MCA - The Management Consultancies Association) və analitik şirkətlərin (məsələn, ALM Intelligence, Gartner və s.) müxtəlif bazar anlayışlarını istifadə etməsi nəticəsində konsaltinq bazarının həcminə görə təxminlər 100 milyard dollardan 280 milyard dollara qədər dəyişə bilir.

Qlobal Konsaltinq Bazarına ümumi baxış

70-ci illərdən bəri konsaltinq bazarı izləyən və ABŞ-da fəaliyyət göstərən ALM Intelligence qlobal konsaltinq bazarını təxminən 240 milyard dollar dəyərində, 1960-cı ildə yaradılmış the European Federation of Management Consultancies Associations (FEACO) isə təxminən 280 milyard dollar dəyərində qiymətləndirir. Böyük Britaniya əsaslı analitik şirkət olan Source Global Research konsaltinq bazarının təklif etdiyi xidmətlərin ən üst seqmentini əsas götürərək qiymətləndirməni edib və bazarın dəyərinin 120 milyard dollar olduğunu bildirir. Gartner isə, ümumi məsləhət haqqı gəlirlərinin 131 milyard dollara yaxınlaşdığına inanır.

Qiymətləndirmələr arasındakı fərq, müxtəlif bazarların əhatə dairəsi, məsləhət xidmətləri üçün tətbiq olunan dəyişən tariflər, nəzərdən keçirilən bölgələrdə / bazarlarda olan fərqlər və istifadə olunan hesablama modellərinin xarakterindən asılı olaraq dəyişir.

2011-ci ildə konsaltinq sənayesi 205 milyard dollar dəyərində idi və bazar 2016-cı ildə 251 milyard dollar səviyyəsinə 4,1%-lik orta illik artım tempi ilə (CAGR - Compound Annual Growth Rate) çatıb. Ən böyük seqment Əməliyyatlar və Maliyyə Məsləhətçilikləri seqmentidir ki, hər biri bazarın təxmini 28%-ni təşkil edir. Strateji Məsləhətçilik - sənayenin ən nüfuzlu seqmenti - bazarın 15%-dən azını təşkil edir və böyüklüyü baxımından İnsan Resursları üzrə Məsləhətçilik sahəsinin ölçüsü ilə müqayisə edilə bilər. IT isə ümumi bazarın 20%-ə sahibdir.

Qlobal Konsaltinq Bazarına ümumi baxış

Şimali Amerika konsaltinq bazarı dünyanın ən yetkin bölgəsi sayılır, lakin EMEA bölgəsi - Avropa, Yaxın Şərq və Afrika - bazarın həcmində lider mövqeyə malikdir və ümumi konsaltinq bazarının 41%-ni təşkil edir. ABŞ və Kanada Şimali Amerika bazarının yalnız 7%-i ilə ən böyük milli məsləhət bazarlarıdır. Asiya və Okeaniya, Avstraliya ilə birlikdə ən əhəmiyyətli məsləhət mərkəzi olaraq sənayenin təxminən 16%-ni təşkil edir.

Qlobal Konsaltinq Bazarına ümumi baxış

Paylaşın: