İş Yerlərinin Attestasiyası

İş Yerlərinin Attestasiyası

İş Yerlərinin Attestasiyası Müasir dövrdə insan sağlamlığına olan tələblər yüksək olduğundan və nəzərə alsaq ki, insanlar həyatının böyük hissəsini iş yerində keçirdiyindən İş Yerlərinin Attestasiyası daha da aktual xarakter daşımağa başlayır. Bildiyimiz kimi sağlam və təhlükəsiz iş yerlərinə dair norma və standartlar mövcuddur. İşəgötürənlər sağlam və təhlükəsiz iş yerlərinin yaradılması üzrə bu norma və standartların tələblərini icra etməlidirlər. Qeyd edilənləri praktiki həyata keçirilməsi məqsədilə İş Yerlərinin Attestasiyası proseduru mövcuddur və onun keçirilməsi icbari xarakter daşıyır. Belə ki, attestasiya 5 ildə bir dəfədən az olmayaraq həyata keçirilir. Onun keçirilməməsi inzibati xəta sayılır və bununla əlaqədar müvafiq cərimələr tədbiq edilir.

Müasir dövrdə insan sağlamlığına olan tələblər yüksək olduğundan və nəzərə alsaq ki, insanlar həyatının böyük hissəsini iş yerində keçirdiyindən İş Yerlərinin Attestasiyası daha da aktual xarakter daşımağa başlayır. Bildiyimiz kimi sağlam və təhlükəsiz iş yerlərinə dair norma və standartlar mövcuddur. İşəgötürənlər sağlam və təhlükəsiz iş yerlərinin yaradılması üzrə bu norma və standartların tələblərini icra etməlidirlər. Qeyd edilənləri praktiki həyata keçirilməsi məqsədilə İş Yerlərinin Attestasiyası proseduru mövcuddur və onun keçirilməsi icbari xarakter daşıyır. Belə ki, attestasiya 5 ildə bir dəfədən az olmayaraq həyata keçirilir. Onun keçirilməməsi inzibati xəta sayılır və bununla əlaqədar müvafiq cərimələr tədbiq edilir.

Attestasiya keçirməklə müəssisədə olan iş yerlərin tələblərə uyğunluğu müəyyən olunur və aşkarlanmış çatışmazlıqlara əsasən Tədbirlər Planı hazırlanır. Tələbləri təmin etmək mümkün olmadıqda qeyd olunan iş yerləri zərərli və təhlükəli iş yeri kimi xarakterizə olunur. Bu halda, belə iş yerlərində işləyən işçilər üçün qanunvericiliklə tələb olunan imtiyazlar təyin edilir. Bu imtiyazlara vəzifə (tarif) maaşına əlavə, əlavə məzuniyyət, müalicəvi profilaktik yemək,süd və ona bərabər tutulan məhsullar, qısaldılmış iş həftəsi və güzəştli pensiya hüququ aiddir.

My Expert MMC–nin Sənaye-Sanitariya Laboratoriyası İş Yerlərinin Attestasiyası prosedurunu tam şəkildə müəssisələrdə keçirilməsini təşkil edir. Laboratoriyamız attestasiya keçirmək üçün dövlət tərəfindən akkreditasiya olunmuşdur və lazım olan bütün müasir ölçmə avadanlıqlarına malikdir. Bizim peşəkar mühəndislərimiz İş Yerlərinin Attestasiyasını keçirilməsi üzrə yüksək səviyyədə xidmət göstərirlər.

Paylaşın: